ArxivXəbər lentiXəbərlər

“İran və Azərbaycanda investisiya fürsətləri” adlı iclas sabah Bakıda işə başlayacaq

Sabah Bakıda İran və Azərbaycanda investisiya fürsətləri adlı iclas keçiriləcək.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, İranın Bakıdakı səfirliyinin mətbuat katibi Məhəmməd İbrahimi deyib: Bu iclas iki ölkənin investisiya fürsətlərinin tanıtdırılması habelə, iki ölkənin sənaye, kənd təsərrüfatı, neft və qaz, turizm və nəqliyyat sahəsindəki potensiallarının öyrənilməsi məqsədi ilə Hİlton otelinin iclas zalında 2 gün müddətinə davam edəcək.

M.İbrahimi əlavə edib: Bu iclasda İran və Azərbaycandan 100 şirkəti təmsil edəcək 150 nümayəndə iştirak edəcək.

İbrahimi həmçinin deyib: Bu iclasda İrandan, İranın Texniki Dəstək və İnvestisiya Təşkilatının xarici sərmayə qoyuluşu idarəsinin müdir müavini Əkbər Qəhrəmaniyan ilə yanaşı Zəncan, Şərqi Azərbaycan və Buşehr ostanları habelə, Araz azad ticarət zonasının müdirləri və rəsmiləri iştirak edəcəklər.

İranın Bakıdakı səfirliyinin mətbuat katibi daha sonra deyib: Bu kimi iclasların keçirilməsi iki ölkədə sərmayə qoyuluşunun daha da artırılmasına kömək etmiş olur.

İbrahimi əlavə edib: ötən 10 ildə İran şirkətləri Azərbaycanda 2 milyard avro dəyərində sərmayə qoyublar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button