ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan turizm əməkdaşlıqlarını genişləndirirlər

Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov deyib: İran ilə turizm sahəsində əməkdaşlıqların genişləndirilməsi üçün lazımi tədbirlər həyata keçirilir.

Müzəffər Ağakərimov “Axar.az” informasiya portalına verdiyi müsahibədə İrana qarşı sanksiyaların ləğv edilməsinin ardınca İran və Azərbaycan arasında turizm sahəsi üzrə əməkdaşlıqların perspektivi barədə deyib: Novruz bayramı münasibəti ilə İrandan Azərbaycana 8 səyahət turunun təşkil edilməsi nəzərdə tutulub. Bu isə o deməkdir ki, İranın Azərbaycana olan ilk təklifi artıq gerçəkləşmişdir.

M.Ağakərimov əlavə edib: Ümumilikdə iranlı turistləri Azərbaycana cəzb etmək üçün səyahətlərin təşkil edilməsi lazımdır və bu istiqamətdə Ənzəli limanından Bakı limanına dəniz səfərlərinin təşkil edilməsi son dərəcə yaxşı ola bilər.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov iki ölkə arasında turizm səyahətlərinin xərclərinin aşağı olmasına da işarə edib və deyib: Azərbaycana səfər xərclərinin azaldılması üçün 1 və 2 ulduzlu otellər də tikilməkdədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button