ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan R-nın stolüstü tennis yığmalarının birgə məşqləri başlanıb

İran İslam Respublikası və Azərbaycan Respublikasının stolüstü tennis üzrə yığma komandaları bu gün Bakıda birgə təlimlərə başlayıblar.

Bu məşqlərdə İran yığması məşqçilər və komanda başçısı kimi dörd nəfərlə müşayiət olunan dörd qadın və dörd kişi oyunçudan ibarət on iki nəfərlik bir heyət formasında iştirak edir.

Bir həftə sürəcək bu tədbirdə tennisçilər hər gün beş saat müddətinə müxtəlif lazımi məşqləri edəcəklər.

İranın qadınlardan ibarət yığma komandasının məşqçisi Fateme Keyvani bu barədə belə deyib: Texniki və taktiki məşqlər bodibildinq və psixologiya ilə yanaşı bu məşqlərdə həyata keçirilən tədbirlərdəndir.

Azərbaycan Respublikasının stolüstü tennis üzrə yığma komandasının üzvlərindən altı nəfər çinlidir və bu məsələ İran yığmasının həmin təlimlərdəki iştirakının önəminə səbəb olubdur ki, özünü qarşıda duran beynəlxalq yarışlara hazırlamış olsun.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button