ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan müştərək avtomobil istehsal edirlər

İranın Azərbaycandakı ticarət Ataşşesi iki ölkənin müştərək avtomobil şirkətinin qeydiyyata alınmasından xəbər verərək deyib: Yaxın zamanda İran və Azərbaycan avtomobilqayırma şirkəti tərəfindən 5 müştərək avtomobil istehsal olunacaq.

İRNA-nın verdiyi məlumata görə, İranın Azərbaycandakı ticarət ataşşesi Məhəmməd İbrahim Nəqizadə deyib: İran və Azərbaycan müştərək avtomobilqayırma şirkətinin adı AzKron-dur və Azərbaycan tərəfindən Azmaş şirkəti 75 İran tərəfindən İranXodro şirkəti  isə 25 faiz paya malikdir.

Nəqizadə AzKron şirkətinin illik 10 min avtomobil istehsalı qabiliyyətinə malik olduğunu bildirərək deyib: İlkin istehsal həcmi illik 3 min avtomobildən ibarət olacaq və növbəti mərhələdə bu 5 min ədədə çatdırılacaq.

AzKron avtomobilqayırma şirkəti Bakıdan 175 km məsafədə Neftçala ərazisində yerləşir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button