ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan arasında sülh və dostluq parkı yaradılacaq

İran İslam Respublikası prezidentini Bakıya iki günlük səfərində müşayiət edən İranın ətraf mühiti mühafizə təşkilatının sədri xanım Məsumə İbtikar Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri ilə görüşüb.

CBC telekanalının verdiyi məlumata görə, bu görüşdə Məsumə İbtikar İran ilə Azərbaycan Respublikası arasında müştərək əməkdaşlıq sazişinə toxunaraq deyib: Tehran konvensiyasının aktivləşməsi və region ölkələrinin Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üçün əməkdaşlıqları, eləcə də, regiondakı yeni şərait və ekoloji prioritetlərin dəyişməsi üzündən İran ilə Azərbaycan arasında ekoloji zəmində növbəti sənədin mübadiləsi zəruridir.

Məsumə İbtikarın dediyinə görə, İran ilə Azərbaycan Respublikası arasında müştərək sərhəd parkının yaradılması müzakirə edilən mövzulardan biri olub və mütəxəssislərin bu parkın yaradılması üçün lazımı araşdırmaların aparmaları qərara alınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button