ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan əməkdaşlıqları genişləndirməyə hazırdırlar

Mustafa Purməhəmmədi: İran və Azərbaycan arasında əlaqələrin hərtərəfli formada inkişaf etdirilməsi üçün uyğun atmosfer mövcuddur.

İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədi cümə günü axşam jurnalistlər arasında verdiyi açıqlamada Azərbaycana olan 2 günlük səfərini konstruktuv adlandırıb və deyib: Ümidvaram gələcəkdə iki ölkə əlaqələrinin bütün sahələr üzrə hərtərəfli inkişafının şahidi olaq.

Mustafa Purməhəmmədi əlavə edib: İran və Azərbaycan rəsmiləri arasında son dərəcə güclü qarşılıqlı inam və etimad hissi yaranıb. İki ölkə rəsmiləri və xalqları arasında nifaq və fitnə törətmək istəyən düşmənlərin səyi isə tam uğursuzluğa uğrayıb.

İranın ədliyyə naziri iki ölkə arasında əməkdaşlıq sənədlərinin imzalanmasına işarə edib və deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası terrorizm, narkotik maddələr və mütəşəkkil cinayətkarlıq ilə birgə mübarizəyə habelə, elmi-tədqiqat əməkdaşlıqlarına təkid ediblər.

Purməhəmmədi əlavə edib: Bu səfər zamanı həmçinin, iki ölkə arasında iş adamları və sərmayə sahibləri ilə bağlı müştərək hakimlik palatasının yaradılması barədə razılıq əldə olundu.

İran İslam Respublikasının ədliyyə naziri cümə axşamı 2 günlük rəsmi səfər məqsədi ilə Bakıya gedərək, Azərbaycan prezidenti, parlament sədri, daxili işlər naziri və ədliyyə naziri ilə görüşüb, danışıqlar aparıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button