ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan əlaqələrinin inkişafı vurğulanıb

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri və Azərbaycan Respublikasının prezidenti qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsini istəyiblər.

İRNA-nın verdiyi məlumata görə, Mahmud Vaizi bu gün Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşündə deyib: İran-Azərbaycan iqtisadi əməkdaşlıqlar komissiyasının məqsədi İran prezidenti Həsən Ruhaninin tövsiyələrini icra etmək və iki ölkə əlaqələrinin inkişafı üçün yol xəritəsi hazırlamaqdan ibarətdir.

Görüşdə İlahm Əliyev də İran və Azərbaycan arasında səmimi əlaqələrə toxunaraq deyib: 2016-cı il iki ölkə əlaqələrinin tarixində əlamətdar il oldu və bu il biz önəmli iqtisadi anlaşmaların imzalanmasının şahidi olduq.

İlham Əliyev 2017-ci ilin də İran İlə Azərbaycan arasında dost əlaqələrin daha da möhkəmlənməsi və önəmli layihələrin icrası ili olacağına ümidvarlığını bildirib.

Azərbaycan Respublikası prezidenti Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının istifadəyə verilməsinə toxunaraq deyib: Bu qatarın istifadəyə verilməsi ilə iki dost və qonşu ölkə arasında əlaqələrin daha da genişlənməsinin şahidi olacağıq.

İran və Azərbaycan müştərək iqtisadi əməkdaşlıq komisiyasının 11-ci iclası bu gün Bakıda keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button