AktualAktualArxivXəbər lentiXəbərlər

İran və Avrasiya İttifaqı arasında ticarət müqaviləsinin nailiyyətləri

İran və Avrasiya İttifaqı arasında ticarət müqaviləsi İran və xarici ölkələr arasında azad ticarət sahəsində ən mühüm müqavilə hesab olunur. Bu müqavilənin imzalanması azad iqtisadi zonanın yaradılmasından sonra baş tutdu. Müqavilədə tərəflər ixrac olunan malların rüsumunu azaltmağı, yaxud tamamilə ləğv etməyi nəzərdə tutur.
Qafqaz Mədəniyyət Mərkəzi – Ayın əvvəlində Rusiyanın Sankt-Peterburq şəhərində İran və Avrasiya İqtisadi İttifaqı arasında ticarət müqaviləsi imzalandı.
Müqavilənin qanuni müqəddimə işləri başa çatdıqdan sonra 2019-cu ilin əvvəllərində icra olunması gözlənilir.
İran və xarici ölkələr arasında azad ticarət sahəsində ən mühüm müqavilə hesab olunan bu müqavilənin imzalanması azad iqtisadi zonanın yaradılmasından sonra baş tutmuşdur. Müqavilədə tərəflər ixrac olunan malların rüsumunu azaltmağı, yaxud tamamilə ləğv etməyi nəzərdə tutur. Müqavilənin icra olunmasından bir il sonra onun möhkəmləndirilməsi və daimi olunması istiqamətində müzakirələr başlayacaq. Bunun 2020-ci ildə həyata keçəcəyi gözlənilir. Müqavilənin daimiləşdirilməsi baş tutmadığı surətdə tərəflər bir əlavə artırmaqla müqavilənin vaxtını artıraraq icra edə bilərlər.
Avrasiya İttifaqının Ümumi Daxili Məhsulunun 84 faizini istehsal edən Rusiya bu ittifaqın əsas üzvü hesab olunur. Son illərdə Rusiyanın geopolitik ortağına çevrilmiş İran indi bu ölkənin iqtisadi və strateji ortağına da çevrilmək niyyətindədir. Amerikanın nüvə sazişindən çıxmasının ardınca İran Rusiya ilə iqtisadi əlaqələrini gücləndirmək məqsədilə bu ölkəyə öz iqtsadi diplomatiyasında önəm verdi. Bu əsasla İran Rusiyaya öz qeyri-neft ixracatını artırmağa təlaş edir.
Bununla belə, Rusiya və Avrasiya İttifaqının mühüm iqtisadi şəriki olmaq üçün İranın qarşısında mürəkkəb və uzun yol dayanır. İran məhsullarının bu regiona ixracının həcmi mart ayından noyabr ayına kimi 236 milyon dollar dəyərində olmuşdur. Həmin müddət ərzində İranın bu məntəqədən idxalı 807 milyon dollar dəyəridə olmuşdur. Bu rəqəmin 723 milyon dolları təkcə Rusiyadan idxal olmuşdur. İranın bu birliyə üzv ölkələrinə ixracatı İranın ümumi ixracatının cəmi 1 faizini təşkil etmişdir, həmçinin İranın bu ölkələrdən idxalının həcmi İranın ümumi idxalının cəmi 3 faizini təşkil etmişdir.
Rusiya İranın ixracatının 22-ci bazarıdır. Eyni halda İranın məhsul idxal etdiyi 9-cu ölkədir. Ötən ilin oxşar müddəti ilə müqayisədə Rusiyadan idxalın həcmi 76 faiz artmışdır. İranın Avrasiyanın bütün ölkələrindən idxalı da həmin miqdar artmışdır. Əlbəttə, ümumi idxal həcminin 75 faizi Rusiyanın payına düşür. Avrasiya İttifaqının İrandan 1 faiz idxalının 49 faizi Rusiyanın payına düşür. İranın xam neft ixracının 56 faizi qonşu ölkələrə göndərilir. Amma İranın qonşusu olan üç Avrasiya ölkəsi İranın xarici ticarətinin çox cüzi bir hissəsində yer alır. Üstəlik, İranın Rusiya ilə ticarət mübadiləsinin həcmi ötən 10 ildə diqqəti çəkən səviyyədə olmamışdır. Halbuki, eyni müddət ərzində İranın Əfqanıstanla ticarət mübadiləsinin həcmi iki dəfə artmışdır. Bu statistika göstərir ki, sözügedən müqavilənin bağlanması ikitərəfli ticarətin uzun yolu üçün ilkin addım hesab olunur.
Digər cəbhədə İran şimal-cənub koridorunun bir hissəsi olmağa, regionun iki iqtisadi supergücü: Rusiya və Hindistan arasında rol ifa etməyə təlaş edir. Əlbəttə, eyni zamanda Avrasiyanın cənub və şimal ölkələri ilə daha möhkəm iqtisadi münasibətlər qurmağa səy edir. Habelə, yerləşdiyi özünəməxsus coğrafi mövqedə İran Hindistan və Avrasiya arasında iqtisadi əlaqələri asanlaşdırmağa təlaş edir. İran, Rusiya və Hindistan böyük şimal-cənub nəqliyyat koridoru layihəsinin irəliləməsində ortaq maraqlara malikdirlər.
İran rəsmilərinin bildirdiyinə görə, Rusiya bu layihəyənin dəmiryolu çəkilişinə indiyə kimi 3 milyard avro ayırmışdır. Hindistan da İranın cənubunda Çabahar limanın genişlənməsi üçün 500 milyon dollar vəsait ayırmağa söz vermişdir. Bu layihə Ameriknın sanksiyalarından da qıraqda qalmışdır. Bu möhtəşəm layihənin digər tərəfi, yəni Azərbaycan da Rəşt-Astara dəmiryolunun salınmasına 500 milyon dollar investisiya qoymağı vəd etmişdir. Əlbəttə, son vaxtlarda Qəzvin-Rəşt dəmiryolunun açılışı da bu layihənin bir hissəsi hesab edilir.
Həyata keçən işlərlə sözügedən koridor artıq gerçəkləşmə astanasındadır. Bunun gerçəkləşməsi ilə İranın Rusiya və Avrasiya ölkələri ilə ticarət mübadiləsinin həcmi diqqəti çəkən səviyyədə artmalıdır.
Hal-hazırda İran və Hindistan daha yüksək ikitərəfli ticarət əlaqələri qurmaq üçün danışıqlar aparır. Hindistan da Avrasiya İttifaqı ilə azad ticarət razılaşması əldə etmək ardıncadır. Əgər bu razılaşma əldə olunsa, İran Avrasiya ölkələri və Hindistanla iqtisadi əlaqələri artırmaq üçün yeni imkanlarla üzləşəcək.
Geniş baxşıda İranın şimal-cənub koridorunun tamamlanması, Avrasiya İttifaqı ilə müqavilə imzalanması istiqamətində səyləri, Çabahar limanının genişlənməsinə diqqəti kimi davamlı təlaşlarının hamısı İranın şərqə baxışı siyasətlərinin bir hissəsi sayılır. ABŞ-ın nüvə sazişindən çıxmasından sonra bu siyasət daha sürətlə izlənilir, Rusiya, Çin və Hindistanla münasibətlərdə özünü daha çox göstərir.
Şübhəsiz, İranın Rusiya və Avrasiya regionu üçün ticarət ortağına çevrilməsi bir günə gerçəkləşə bilməyəcək. Amma şərqə üz tutmaq siyasətinin gündəlik artan dəyərini dərk etməklə, Tehran bu məqsədinə çatmaq uğrunda öz səylərini dayandırmayacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button