İran və Azərbaycan Respublikası hərbi-müdafiə həmkarlığı sənədi imzalayıblar
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında hərbi-müdafiə həmkarlığı sənədi dünən iki ölkənin hərbi rəsmiləri arasında imzalanıb.
İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının beynəlxalq əməkdaşlıqlar üzrə rəis müavini- general-mayor Məhəmməd Əhədi İran və Azərbaycan Respublikası arasında birgə hərbi-müdafiə əməkdaşlıqları komissiyasının üçüncü iclasının keçirilməsi istiqamətində yüksək rütbəli hərbi nümayəndə heyəti ilə Bakıya səfər edib.
İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının beynəlxalq əməkdaşlıqlar üzrə rəis müavini Azərbaycan Respublikasının müdafiə naziri- general-polkovnik Zakir Həsənov, bu ölkə prezidentinin köməkçisi Hikmət Hacıyev və Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev ilə görüşüb və onlarla/ hərbi-müdafiə sahələri xüsusiyyət təşkil etməklə ikitərəfli əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, habelə bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.