ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Türkiyəyə saniyədə 4 ton su vuran İLLUSİON-76 təyyarəsi göndərir

İran Türkiyədəki meşə yanğınları ilə mübarizə məqsədi ilə bu ölkəyə amfibiya (yanğınsöndürən) təyyarəsi və iki helikopter göndərəcək.

Qafqaz.ir  xəbər verir ki, “Sözcü” qəzetinin müxbiri Saygı Öztürkün iranlı səlahiyyətlilərə istinadən verdiyi xəbərə görə, 10 saniyədə 40 ton su ata bilən “ILLUSION-76” təyyarəsi bu gün Dalaman Hava Limanına enəcək.

İranın göndərdiyi təyyarənin ölkədə də yanğın söndürmə məqsədləri üçün də istifadə edildiyi qeyd edilir.

İranlı səlahiyyətlilər açıqlamalarında “dost və qardaş Türkiyəni dəstəkləmək üçün təyyarə və helikopter göndərdiklərini” bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button