ArxivXəbər lentiXəbərlər

İran Türkiyəyə gündəlik qaz ixracını 6 milyon kubmetrə qədər artıra bilər

İranın Milli Qaz Şirkətinin müdiri deyib: İran İslam Respublikası mövcud infrastrukturlar ilə Türkiyəyə qaz ixracının həcmini 6 milyon kubmetrə qədər artıra bilər.

İRNA-nın verdiyi məlumata görə, Həmidrza İraqi deyib: İmzalanmış müqaviləyə əsasən İran gündəlik olaraq Türkiyəyə 30 milyon kubmetr qaz ixrac edir. Və İran bu həcmə daha 6 milyon kub metr əlavə edərək, onu 36 milyon kubmetrə çatdıra bilər.

İranın Milli Qaz Şirkətinin müdiri əlavə edib: Əgər İran və Türkiyə arasında ixrac edilən qazın həcminin artırılması ilə bağlı uzun müddətli müqavilə imzalanarsa, yeni infrastrukturlar yaradıla bilər.

İraqçı həmçinin deyib: İran cari ilin aprel ayından avqust ayına kimi 2 milyard 93 milyon kubmetr qaz ixrac edib. Halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 2 milyard 51 milyon kubmetr olmuşdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button