ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Türkiyənin dövləti və xalqına yardıma hazırdır

İran İslam Respublikasının dost və qardaş Türkiyənin dövləti və xalqı ilə həmrəyliyini elan edən və həlak olanların ailələrinə başsağlığı verən İran Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının Türkiyənin dövləti və xalqına yardım etməyə hazır olduğunu bildirib.

Qafqaz.ir-nin məlumatına əsasən, Səid Xətibzadə Türkiyə vətəndaşlarından bir qrupunun həlak olması və ya zərər çəkməsi, həmçinin geniş maddi xəsarətlərin baş verməsilə nəticələnən Türkiyənin cənub vilayətlərindəki meşələrin bir hissəsində geniş yanğınların baş verməsindən təəssüf ifadə edib.

Türkiyənin qərb və cənub-qərb bölgələri, həmçinin cənub bölgələrindən bəzilərinin meşələrində yanğının başlanmasından 48 saat keçsə də, yanğınsöndürənlər hələ də bəzi bölgələrdə yanğını nəzarətə ala bilməyiblər.

Bu yanğında indiyədək yüzlərlə hektar meşə ərazisi məhv olub. Yanğın Manavqat kimi bəzi şəhərlərdə onlarla yaşayış binasının məhv olmasına səbəb olubdur.

Yanğın nəticəsində indiyədək azı dörd nəfər həyatını itirib, lakin yerli məsul şəxslərin sözlərinə görə, tələfatın artması ehtimalı var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button