ArxivIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran şirkətləri Qarabağın bərpasında iştiraka hazırdırlar

İran İslam Şurası Məclisinin Quruculuq Komissiyasının üzvü bildirib ki, İranın texniki-mühəndislik şirkətləri yüksək bacarıq və münasib təcrübəyə əsasən, Qarabağ savaşında Azərbaycan Respublikasında zərər çəkmiş bölgələrin bərpasında iştiraka hazırdırlar.

Qafqaz.ir xəbər verir, İran İslam Şurası Məclisinin Quruculuq Komissiyasının üzvü və Ərdəbil vilayəti nümayəndələri assambleyasının sədri Südeif Bədri bu gün sonra belə söyləyib: Bacarıqlı iranlı şirkətlər sənaye, dağ-mədən sənayesi, kənd təsərrüfatı və tikinti materiallarının təmini, həmçinin texniki xidmətlər üzrə sektorlarda öz təcrübələrini Azərbaycan Respublikasının ixtiyarına qoya bilərlər.

İran İslam Şurası Məclisində Ərdəbil vilayəti nümayəndələri assambleyasının sədri bildirib ki, Rəsmi Tehran Dağlıq Qarabağı hərtərəfli şəkildə dəstəkləməyə hazırdır. O, qeyd edib ki, Qarabağ münaqişəsinin həllində İranın mövqeyi aydın idi və hal-hazırda da İranın Azərbaycan Respublikasının azad edilmiş bölgələrinin bərpası sahəsindəki mövqeyi, himayədir.

Bədri qeyd edib ki, Ərdəbil vilayətinin özəl sektoru da abadlıq, tikinti, dağ-mədən, şəhərsalma, yol, kənd təsərrüfatı və ölkədənkənar əkin sahələrində və Azərbaycan Respublikasında sənaye obyektlərinin yaradılmasında yaxşı iştiraka malik ola bilər.

İran İslam Şurası Məclisinin Quruculuq Komissiyasının üzvü həmçinin bildirib ki, dəmiryolu xəttinin işə salınması ilə Azərbaycan Respublikasına ixracat artacaqdır.

O, deyib: Dəmiryolunun istifadəyə verilməsilə İranın Parsabad və Muğan bölgələri vasitəsilə Azərbaycan Respublikasına ticarət daşımalarını nəzərdə tutmaq olar, zira dəmiryolu nəqliyyatının inkişafı ilə, iki tərəfin iqtisadi mübadilələri də artacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button