İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycan və Ermənistana çağırış etdi
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycan və Ermənistana çağırış edib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib: “İki qonşu ölkə Ermənistan və Azərbaycana problemlərini dinç və danışıq yolu ilə həllinə tövsiyə edirik.”
Cənab Baqiri bu gün İranda keçirilən hərbi parad zamanı çıxışında bu açıqlamanı verib.
Regionun yeni bir qarşıdurmaya tab gətirə bilməyəcəyini deyən iranlı general, ölkəsinin regionda sərhədlərin dəyişikliklərə məruz qalmasına dözüm göstərməyəcəyini vurğulayıb.
Məhəmməd Baqiri həmçinin Fars Körfəzində yerləşən ərəb ölkələrini “sionistlərin fitnəsini diqqətdə saxlamağa” çağırıb. “Sionistlərin regionda mövcudluğu təhlükəsizliyə xələl gətirir. Biz kəşfiyyat monitorinq nəzarətilə onları nəzarətdə saxlayırıq. Əgər təhdid görsək sionistlərə və onların havadarlarına cavab verəcəyik”, – deyə Baqiri əlavə edib.