ArxivXəbər lentiXəbərlər

İran səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Səfir “Report”a açıqlamasında Novruzun İran və Azərbaycanın ortaq mədəni irsi və ailə, dostlar və qohumların bir yerə toplaşdığı zaman olduğunu bildirib.

“Novruz bu regionda yaşayan xalqlar tərəfindən min illərdir qeyd olunur. Onun zəngin ənənələri, mərasimləri və təbiətlə harmoniyası var”, – deyə M.Pakayin söyləyib.

Səfir Azərbaycan xalqına və hökumətinə uğurlar, rifah və yeni ilin Azərbaycan və İran arasında qardaşlıq əlaqələrini daha da gücləndirəcəyinə inam arzu edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button