AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran regionda hər hansı geosiyasi dəyişikliyin qarşısını almalıdır – Təhlil

Qafqaz Həqiqətləri – Bir çox ekspertlər belə düşünürlər ki, Mazandaranın Xəzəryanı dövlətlərlə qonşu olması həmin ölkələrdə baş verən hər hansı siyasi və iqtisadi hadisələrin əyalətin, hətta ölkənin şimal bölgəsinin siyasi və iqtisadi gələcəyinə təsir göstərməsinə səbəb olub. Azərbaycan-Ermənistan arasındakı gərginlik bunu bir daha sübut etdi.

Siyasi məsələlər üzrə ekspert doktor Ələviyan hesab edir ki, İran bölgədə hər hansı geopolitik və sərhəd dəyişikliyinə, habelə təhlükəsiz tranzit yollarının bağlanmasının qarşısını almalıdır.

Mazandaran Universitetinin politologiya kafedrasının elmi işçisi Mürtəza Ələviyan bu fonda ötən il Ermənistan və Azərbaycan arasında baş vermiş müharibəni müqəddimə kimi qeyd edərək deyib: “İranla həmsərhəd olan Naxçıvan Muxtar Respublikası əslində Azərbaycanın bir hissəsidir və İranla Ermənistan arasındakı 35 kilometrlik quru sərhəd zolağı vasitəsilə Azərbaycandan ayrı düşüb.”

Ötən il Azərbaycan və Ermənistan arasında sonda iki ölkə arasında razılaşma ilə nəticələnmiş 44 günlük müharibəyə toxunan ekspert deyib: “Bu razılaşmaya qədər Naxçıvan və Azərbaycan arasındakı əlaqə İranın hava və quru məkanı vasitəsilə olub. Bu razılaşma Azərbaycan tərəfi üçün bölgədə dəyişiklik yarada biləcəyi fikrini formalaşdırdı.”

Ələviyan Azərbaycan dövlətinin İranın Orta Asiya və Avropaya tranzit yolunu bağlamasına, gömrük qaydaları tətbiq etməsinə və İran yük maşınlarının hər birindən müəyyən qədər rüsum almasına da işarə edərək deyib: “Son olayları araşdırdıqda məlum olur ki, Türkiyə İrana ehtiyac olmadan enerji köçürməsi üçün Naxçıvan-Azərbaycan marşrutu ilə Xəzərin şərqi ilə quru əlaqəsi yaratmağa cəhd edir.”

Sionist rejiminin bölgədə rəngli rolunu da diqqətə çəkən ekspert qeyd edib ki, İsrail radikal cərəyanları bölgəyə daxil etmək və onları burada yerləşdirməklə, İranın fikrini məşğul etmək və bölgədə böhranlar yaratmaq niyyətində idi.

O, İranla düşmən və rəqib ölkələrin bir tərəfdən İranın Avropaya tranzitinin qarşısını almaq istədiyini, digər tərəfdən də bölgədə qarışıqlıq yaratmaq və Xəzərin şərqini görmək istəmələrini vurğulayaraq  deyib ki, Xəzər Konvensiyasına əsasən, əcnəbi ölkələr bölgədə iştirak edə bilməzlər.

Siyasi ekspert İranın bölgədə hər hansı geopolitik dəyişikliyin qarşısını almağın vacibliyini vurğulayaraq deyib: “Müqavimət cərəyanı İŞİD-in Suriya, Livan və İraqda planlarının qarşısını aldığı kimi, İran hərbi manevrlərlə yanaşı, öz quru sərhədlərini qorumalıdır. Əslində, İranın Ermənistan və Gürcüstan ölkələri ilə heç bir problemi yoxdur və problem yaradan Azərbaycan və Türkiyə ölkələridir.”

Alternativ tranzit yollarının olmasına diqqət yetirilməsini qeyd edən ekspert deyib: “Xəzər dənizi bu həssaslıqlar olmadan Avropa ilə əlaqə yaratmaq üçün uyğun dəhliz ola bilər. Bu qəbil məhdudiyyətləri də yoxdur. RO-RO gəmilərindən (avtomobillər, yük maşınları, qoşqular, konteynerlər və vaqonlar kimi təkərli quru nəqliyyat vasitələrini daşımaq və hərəkət etdirmək qabiliyyətinə malik gəmilər) istifadə etmək, indiyə kimi istifadə olunmamış malların ixracı üçün çox yaxşı imkanlar yarada bilər.”

İran sərhədlərdə və əlaqə yollarında dəyişikliklərin qarşısını almalıdır

Ələviyan bir daha qeyd edib ki, alternativ yolların olmasından əlavə, İran sərhədlərdə hər hansı dəyişikliyin və təhlükəsiz tranzit yollarının kəsilməsinin qarşısını almalıdır. Çünki əgər hər ölkə bölgədə yalnız öz xeyri əsasında davranmağa səy etsə, onda daş daş üstə qalmaz. Bu mövzu təhlükəsizik, geopolitik və strateji cəhətdən də düzgün sayılmır.

Ekspert bu çətinliyin öhdəsindən gəlmək üçün çıxış yolunu danışıqlarda və ölkə rəsmilərinin tədbir görməsində bilərək deyib: “Bizim maraqlarımızın qonşu ölkələrə aidiyyatı olmadığını düşünmək, yanlışdır. Regionda müxtəlif irq və etnik mənsubiyyətə malik xalqlar arasında təfriqə yaratmaq heç kimin xeyrinə deyil. Millətçilik fikirləri o xalqların özünə zərbə vuracaq. Çünki məsələ bu prinsip üzərinə köklənərsə, Qafqaz ölkələri, xüsusilə də Azərbaycan tarixi fakt və sənədlər əsasında İranın bir hissəsi olub və İran bununla bağlı hərəkətə keçə bilər.”

İranın hərbi manevrinin mesajının konkret bir ölkənin hər hansı eqoizm və müəyyən cərəyanın maraqlarına qarşı durmaq olduğunu bildirən politoloq deyib: “Diplomatiya və cəbhə bir-birini tamamlamalıdır. İranın hərbi manevri cəbhə reaksiyasını və hər hansı təhdidlə mübarizəsini göstərirdi. Ancaq diplomatiya əcnəbi ölkələrin iştirakı olmadan müzakirə yolu ilə həyata keçirilməlidir.”

Ələviyan bölgə ölkələrinin təmkin göstərərək müzakirə aparmalı olduğunu vurğulayaraq deyib ki, diplomatiya və cəbhə arasındakı bağlılıq mövcud düyünü aça bilər, İranın nəzərdə tutduğu məsələdə müsbət nəticəni verə bilər. Ona görə də bölgədə hər hansı hərbi və təhlükəsizlik qarşıdurmasından çəkinmək lazımdır. Çünki bu qarşıdurmaların özünə məxsus təhlükə və xərcləri vardır.

Nüvə sazişindən yeni pay istəyi?

Ekspert ölkənin şimal-qərb bölgəsində baş verən son hadisələrin digər aspektini İrana nüvə sazişinə doğru hərəkət etməsi və güzəştlərə getməsinə təzyiq göstərmək üçün əvvəlcədən müəyyən edilmiş senari kimi xarakterizə edərək deyib ki, xoşbəxtlikdən, indiyə kimi İran diplomatiyası müxtəlif qurumların sinerjisi ilə yaxşı işləyib və bütün imkanları nəzərdən keçirib.

İranın mühüm enerji, neft və qaz ehtiyatlarına sahib olduğunu və dünyanın aparıcı ölkələri sırasında dayandığını izah edən politoloq deyib: “Bu üzdən İran regional hərəkətlərə qarşı ayıq olmalıdır. Çünki enerji, təhlükəsizlik və iqtisadi sahələrdə rəqibləri vardır və həmişə rəqibləri tərəfindən təhdidlə qarşılaşa bilər. Buna görə də, həmişə rəqiblərini, bölgəni və hadisələri izləməli, ehtiyatla və agahlıqla hərəkət etməlidir. Digər tərəfdən də başqa ölkələrə anlatmalıdır ki, İranla uyğun rəftar olarsa, onlar enerji təmini baxımından arxayın ola bilərlər.”

“İranın müttəfiqi sayılan Rusiya niyə öz mövqeini dəqiqləşdirmir və İrana bu fonda dəstək vermir” sualına cavab verən politoloq deyib: “Ruslar da bölgədə geopolitik dəyişikliyə qarşıdırlar. Lakin enerji sahəsində bizim rəqiblərimizdən və mənafe sahiblərindən biri olduğu üçün belə mövzularda həmişə ara mövqei tuturlar.”

“Keşmişdə İran bölgə ölkələrinin hərəkət və hadisələrində bəzi fürsətləri itirmişdir, halbuki, həmin zaman kəsimində daha yaxşı qərar verə və öz iqtidarını daha yaxşı nümayiş etdirə bilərdi” – deyə, politoloq bildirib.

Ələvipur Türkiyəni İranın rəqiblərindən biri adlandıraraq deyib: “Türkiyə təhlükəsiz enerji ardıncadır və İran onun rəqibi hesab olduğundan bizim üstünlüyümüzü qəbul etmək istəmir. Ona görə də digər təhlükəsiz enerji əldə etməyi nəzərdə tutub. Bu da həmin Azərbaycan-Naxçıvan-Türkiyə dəhlizdir.”

Qaynaq: İSNA

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button