İran XİN başçısı indoneziya əməkdaşı ilə telefon söhbətində regiondakı gərginliklərin əsas səbəbinin sionist rejim olduğunu vurğulayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian bu gün (16 aprel) İndoneziya Xİn rəhbəri Retino Mesudi ilə telefon söhbətində Tehran-Cakarta arasında ikitərəfli əlaqələrin genişlənməsini vurğulayaraq Fələstin xalqına dəstəkdə İran-İndoneziya arasında iş birliyinin zərurətini vurğulayıb.
Əmir Abdullahian həmçinin indoneziyalı əməkdaşını Tehrana dəvət etdikdən sonra regional məsələləri, o cümlədən sionist rejimin İranın Dəməşq konsulluğuna hücumların cavablandırılması barədə məlumat verib.
İran XİN rəhbəri bu cinayətlərin beynəlxalq qanunlar çərçivəsində cavablandırılması üçün lazımi tədbirlər görüldüyünü də qeyd edib.