ArxivXəbər lentiXəbərlər

İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir

İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandiri general  Əhməd Əli Qudərzi Nəmin şəhəridə İran-Azərbaycan sərhəd-buraxılış məntəqələrinə baxış zamanı bildir ki, İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir və iki qonşu ölkənin müştərək sərhəddində heç bir problem yoxdur.

Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Əhməd Əli Qudərzi əlavə edib ki, uzun illər ərzində iki ölkə arasında sərhədlə bağlı hər hansı bir xüsusi məsələ yaranmayıb və hər iki tərəf bağlanmış müqavilələrə riayət edib:

“Ərdəbil əyalətində də sərhədlə bağlı problem yoxdur.  Ərdəbil regionu təhlükəsiz regiondur. Ölkənin hər yerində sərhədçilərin sayıqlığı və səyləri nəticəsində İran İslam Respublikasının sərhədləri tam təhlükəsiz vəziyyətdədir.”

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button