İran XİN başçısı ABŞ və İsrailə xitabən Qəzzəyə hücumlarının dayandırılmasını istəyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian bu gün (1 dekabr) sionist rejimin Qəzzəyə yeni hücumlarına reaksiya olaraq işğalçı rejim və onun himayədarlarından olan Amerikaya xitabən hücumların dərhal dayandırılmasını istəyib.
İran XİN rəhbəri X sosial media hesabında Qəzzədə atəşkəs və humanitar yardımların çatdırılmasından başqa heç bir çıxış yolunun olmadığını vurğulayaraq deyib: Müharibə zamanı əsir mübadiləsi imkansızdır, çünki girovlar bombardmanda həlak olacaqlar.
İran diplomatik sisteminin başçısı İsrail və ABŞ-ın Qəzzədə yeni soyqırımı siyasətinin davam etdiyini ifadə edərək xatırladıb: Onlar müharibəyə qayıtmaqla sanki onun mənfi təsirləri barədə düşünmürlər.