İran XİN rəhbəri Həmas siyasi bürosunun baş katibi ilə görüşündə Qərb ölkələrinin İsrailin Qəzzə müharibəsində qələbə çalmayacağını, bu səbəbdən də atəşkəsə məcbur olduğu nəticəsinə çatdığını deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian bu gün (13 fevral) Qətərdə İsmail Həniyyə ilə görüşündə Fələstin xalqı və müqavimət dəstələrinin oktyabrın 7-dən İsrail rejimin müharibə vəhşilikləri qarşısında qəhrəmancasına dayanmasını yüksək dəyərləndirərək deyib: Qəzzə zolağı və İordan çayının qərb sahillərində ağır insan tələfatı və dağıntılara baxmayaraq Fələstin xalqının müqavməti gün kimi aydındır.
Əmir Abdullahian qeyd edib: İndi sionistlərin siyasi müzakirə tərəfi Həmasdır və işğalçılar Həması məhv edə bilməyəcəklərini etiraf edir.