ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran prezidenti NBC ilə müsahibəsində Birləşmiş Ştatları sərt şəkildə tənqid edib:

Seyid İbrahim Rəisi ABŞ-ın NBC televiziyasına müsahibəsində iki ölkə arasında məhbus mübadiləsi, İranın valyuta ehtiyatlarının sərbəst buraxılması, onun istifadəsi haqda qərar vermək səlahiyyəti, sanksiyaların ləğvi ilə bağlı danışıqlar, ötən ilki iğtişaşların qiymətləndirilməsi, ABŞ və bəzi qərb ölkələrinin gender problemlərindən İrana təzyiq vasitəsi kimi istifadə etmək motivasiyası, sionist rejimin region ölkələri ilə münasibətləri normallaşdırmaq səylərinin faydasız olması, İranın BRİKS-ə üzv olması ilə bu qrupun güclənməsi və ölkəmizin regionda imtiyazlı yeri ilə bağlı İranın mövqeini açıqlayıb.
Cənab Rəisi İranın bloklanmış aktivlərinin sərbəst buraxılması ilə bağlı deyib: “Amerika düşmənçilik və zülmkar hərəkətlərindən əl çəkməlidir, İslam Respublikasına və İran xalqına məxsus pulları tez bir zamanda blokdan çıxarmalıdır. Bu pul İran İslam Respublikasına məxsus olduğu üçün təbii ki, mövcud ehtiyaclara uyğun istifadə olunacaq. Pulumuzdan necə istifadə etmək təbii ki, İslam Respublikasının öz səlahiyyətində olacaq.”
Prezident vurğulayıb: “Biz həmişə sanksiyaları aradan qaldırılmağa səy etmişik və danışıqlar masasından ayrılmamışıq. Bu mövzuda şahidi olduğumuz məsələ müqavilənin ilk dəfə amerikalılar tərəfindən pozulması oldu. Avropalılar da öz öhdəliklərini yerinə yetirmədilər. Amma bütün öhdəliklərini yerinə yetirən tərəf İran İslam Respublikası oldu.”
O, İran İslam Respublikasının sülhməramlı nüvə fəaliyyəti ilə bağlı deyib: “Beynəlxalq Atom Enerjisi Agentliyi bir dəfə deyil, 15 dəfə bəyan edib ki, İranın nüvə fəaliyyətləri dinc xarakter daşıyır və İran İslam Respublikasının nüvə fəaliyyətlərində heç bir yayınma yoxdur.”
Rəisi sonra ötən il İranda baş verən iğtişaşlara qərb blokuna dəstək verməsinin səbəbi ilə bağlı deyib: “Amerikalıların və bu qərb ölkələrinin problemi nə xanım Əmininin məsələsində insan haqları məsələsi idi, nə də nüvə məsələsində onların problemi İran İslam Respublikasının nüvə fəaliyyətləridir. Onlar İran İslam Respublikası ilə düşmənçiliklərini ifadə etmək üçün əsas tapdıqlarını düşünürdülər. Xoşbəxtlikdən İran xalqı iğtişaşların qarşısını tamamilə aldı, yəni iğtişaşlara qoşulmadı. Bəzi insanların etirazı var idi. Dünyanın hər yerində etiraz edənlər insanlar ola bildiyi kimi. İslam Respublikası onları etirazçı kimi qəbul etdi. Daha sonra İslam İnqilabının Böyük Rəhbəri qəflət üzündən və hislərə qapılaraq iğtişaşlara qoşulanları əfv etdi.”
Prezident İslam Respublikasında söz və qələm azadlığı haqqında da deyib: “İslam Respublikası müxalifətin sözünü dinləyir və etirazlarını eşidir. İslam Respublikasında ifadə və mətbuat azadlığına təminat verilir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button