ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran Nepala ölümcül təyyarə qəzası ilə bağlı başsağlığı verib

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ölümcül təyyarə qəzası ilə bağlı Nepal hökumətinə və xalqına, eləcə də bu hadisədə həlak olanların ailələrinə başsağlığı verib.
 İran Xarici İşlər Nazirliyi bazar ertəsi Tvitter səhifəsində yazıb ki, İran 72 nəfərin ölümü ilə nəticələnən faciəvi təyyarə qəzası ilə əlaqədar Nepal hökumətinə və xalqına və həyatını itirənlərin ailələrinə başsağlığı verir.
Nazirlik Tvitdə faciə qurbanlarına əbədi hüzur, yaxınlarını itirmiş ailələrə isə səbr diləyib.
Yanvarın 15-i bazar günü, Nepalın Yeti Hava Yollarına məxsus təyyarə Katmandudan Poxara turizm şəhərinə uçarkən qəzaya uğrayıb.
Rəsmi açıqlamaya görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 72 sərnişin və ekipaj üzvünün hamısı həyatını itirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button