ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran Natanzdakı nüvə təsisatında təxribat törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb

İran Natanzdakı nüvə təsisatında təxribat törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb.

Bu barədə İran televiziyası məlumat yayıb.

Bildirilib ki, nüvə təsisatında təxribat törətməkdə şübhəli bilən şəxs 43 yaşlı Rıza Kərimidir. O bu təsisatda çalışıb. Təhlükəsizlik qüvvələri tərəfindən onun kimliyi aşkar edilən kimi Rıza Kərimi İranı tərk edib

“Onun həbsi və ölkəyə qaytarılması üçün bütün lazımı və hüquqi addımlar atılır”, – deyə İran televiziyası bildirib.

Xatırladaq ki, ötən həftə İranda Natanz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. İran hökuməti bunu təxribat adlandırıb və İsraili günahlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button