ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran Makronun son iğtişaşlarla bağlı açıqlamasını pisləyib

İran Fransa prezidentinin ölkədə baş verən son hadisələrlə bağlı ötən günkü açıqlamalarını “siyasi ittihamlar, müdaxilə və zorakılığa təşviq” kimi qiymətləndirib.

 bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Fransa prezidentinin ölkədə baş verən son hadisələrlə bağlı ötən günkü açıqlamalarını siyasi ittihamlar, müdaxilə xarakteri daşıyan, zorakılığa və qanunu pozanlara təşviq kimi dəyərləndirib.

Kənani dinc etirazların İran İslam Respublikasının Konstitusiyasında tanınmasına işarə edərək deyib:

“Təəccüblüdür ki, prezident və Fransa hökumətinin bəzi rəsmiləri İranda baş verən son hadisələrdə təhlükəsizlik qüvvələrinin zorakıçılar və iğtişaşçılara qarşı tədbirlərini pisləyib və İran hökumətini zorakılıqdan çəkinməyə və iğtişaşçıların hüquqlarına hörmət etməyə çağırıblar. Eyni zamanda, Fransada neft və qaz sektoru işçilərinin boykot və aksiyalarına cavab olaraq, hökumət sözçüsü başda olmaqla, bu ölkənin rəsmiləri, işçiləri təhdid edir ki, etirazlara və boykotlara son qoysunlar.”

Kənani əlavə edib: Bu açıq-aşkar ikiüzlülükdür və bir daha sübut edir ki, Qərbdə bir çox iddiaçı hökumətlərin lüğətində insan haqları siyasi məqsədlərə çatmaq və başqa ölkələrin işlərinə qarışmaq üçün oyuncaq və alətdən başqa bir şey deyildir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button