ArxivXəbər lentiXəbərlər

İran Mədəniyyət Mərkəzinin sədri Şərqşünaslıq İnstitutunda olub

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin yeni sədri Əli Purmərcan noyabrın 18-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub və İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

İnstitutdan Trend-ə bildirilib ki, G.Baxşəliyeva Azərbaycan və İran arasında elmi, mədəni əlaqələrdən danışaraq, bu sahədə Şərqşünaslıq İnstitutunda çalışan iranşünas alimlərin mühüm rolunun olduğunu bildirib. Gövhər xanım Şərqşünaslıq İnstitutunda İran tarixi, iqtisadiyyatı, fars dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb.

İnstitutda iranşünaslıq sahəsində görülən işlərdən məmnunluğunu bildirən Ə.Purmərcan iki ölkə alimlərinin əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Görüşdə Şərqşünaslıq İnstitutu ilə İranın elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə konfransların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button