ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran Mədəniyyət Mərkəzinin sədri Azərbaycan Nəşriyyatları İctimai Birliyinin katibi ilə görüşmüşdür

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan Azərbaycan Nəşriyyatları İctimai Birliyinin katibi Nərgiz İsmayılova ilə görüşmüşdür.

Azərbaycanın yazıçılarından olna Nərgiz İsmayılova Azərbaycan İran ədəbi əlaqələrini yaxşı qarşılamış və bunun uzun keçmişə malik olduğunu bildirmişdir. O, indiyə qədər 10 kitab yazıb və tərcümə etmişdir və onun əsas işlərindən biri Nemətullah mahmud naxçıvaninin Təfsir fəvatih əl ilahiyyə və məfətihul qeybiyyə əsərinin tərcüməsi olmuşdur. Dr.İsmayılova tərcümə işləri ilə AMEA da tədris işləri ilə də məşğul olur və həmçinin nəşriyyatlar sahəsində də fəaldır. Onun fikrincə İran və Azərbaycan naşirləri arasında əlaqələrin yaradılması iki ölkə arasında mədəni elmi işlərin əsaslarından biridir.

Onun fikrincə İranda mütaliə mədəniyyəti geniş yayılmışdır və bu sahədə inkişafetmiş ölkələrdən sayılır. Bildirdilər ki, çalışırıq başirləri bir yerə toplayaq, dövlət və Mədəniyyət nazirliyinin himayəsindən bəhrələnək. Onun sözlərinə görə indiyə qədər Təhsil, Altun, Hədəf, Parlaq İmzalar, Alatoran, Qələm, Qədim Qala, Ağıllı bala, Çapar, XAN, Çinar, BookZone bura üzv olmuşlar və onların sayı günbəgün artır.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan öz təşəkkürünü bildirərək dedilər ki, : “İran və Azərbaycanın mədəni əlaqələri çox qədimdir və iki ölkənin mədəniyyət və din bağlılıqları çox yaxındır. Kitab nəşri mövzusu mədəniyyət və elm işlərinin əsaslarından biridir. İranlı naşirlər  Azərbaycanlı naşirlər ilə iki tərəfli görüşlər keçirməyə və əməkdaşlıq etməyə hazırdırlar. İki tərəfin beynəlxalq kitab sərgilərində iştirakı onlar üçün bu yolu rahat edə bilər. ”

Nərgiz İsmayılova bildirdilər ki, İranda yaxşı dotları var və onun kitablarından biri əvvəlllər İranda çap edilmiş və digəri isə çap ediləcək. Bu iranlı və Azərbaycanlı ustadların fikirlərinin qarşılıqlı mübadiləsidir. Bi iki ölkə arasında qüvvət nöqtəsidir.

Görüşün sonunda bildirdilər ki, ümid edirlər Mədəniyyət Mərkəzi Azərbaycan Mədəniyyət Nazirliyinin köməkliyi ilə  noyabr ayının sonunda keçirilməsi nəzərdə tutulan Gəncə kitab sərgisində də iştirak edəcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button