İranın patrul kateri Hörmüz boğazında projektorları ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin görmə məsafəsinə mane olmağa cəhd edib.
bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“İran gəmisi təhlükəli dərəcədə yaxından – Amerika gəmilərinin 150 yardından (137 metr) xüsusən də gecə saatlarında projektorla kapitan körpüsünə işıq salaraq görməyə mane olmağa çalışıb”, – deyə məlumatda bildirilir.
CENTCOM-un məlumatına görə, Amerika ekspedisiya gəmisi Lewis B. Puller və raket esminesi USS The Sullivans səsli xəbərdarlıqlar və təhlükəsiz lazerlərlə İran gəmisinə cavab verib.