AktualAktualArxivXəbər lentiXəbərlər

Televiziya proqramında təhqirə yol verilməsi ilə bağlı həzrət Ayətullah AmilininAli Məqamlı Rəhbərə məktubu

Vəliyyi-Fəqihin Ərdəbil əyalətində nümayəndəsi deyib: “Yaxşı olar ki, milli televiziya azəri dilli əhalinin təhqir olunması barədə öz səhvini layiqli və münasibşəkildə düzəltsin və bu hərəkəti tezliklə həyata keçirsin”.

İslam İnqilabının Böyük Rəhbərinin məhzərinə

Həzrət Ayətullah əl-üzma Xameneinin (Allah bərkətli ömrünü uzun etsin) məhzərinə

Salam və ehtiram

İran İslam televiziyasında şərəfli, fədakar, bəsirətli, həmişə səhnədə olanazəri həmvətənlərimizin təhqir olunması barədə aşkar və əlbəttə, istəmədən buraxılan səhv ürəklərimizi kədərləndirdi.

Çox təəssüflər olsun ki, bir böyük universitet kimi özünün bütün diqqət və əhəmiyyətini ümumi mədəniyyətin tənzimlənməsinə və qarşılıqlı anlaşmanın iftixarlı zirvəsinə çatmağa, ideal həmvətənlik nümunəsinə, İranın müxtəlif etnikqruplarınınsəmimivəhdətinə sərf etməli olan aparatlar,özlərinin saysız dəyərli proqramları ilə yanaşı, bəzən xoşagəlməz verlişlər buraxmaqlahəqiqi məsuliyyətlərinə elə arxa çevirirlər ki, millətlər arasında yaranmışvəhdət ipinin kökünün parçalanma qorxusu yaranır.

    Əyalətindövlətə, inqilaba və ölkəyə ürəkyandıran və əziz xalqının Televiziya və Radio Şirkətinin bağışlanılmaz səhvindən, xüsusilə də ölkəmizin həssas və təhlükəli bir durumunda, regionun qarışdığı bir şəraitdə öz etiraz və şikayətlərini əks etdirmək üçün həqirə müraciət etmələrini nəzərə alaraq Ərdəbil əyalətinin nəcib əhalisi tərəfindən bu yersiz və üzrü qəbul edilməz hərəkəti təkidlə pisləməklə yanaşı,Zat-alilərindən xahiş edirəm ki, ölkəmizin fədakar və tarixdəiz qoymuş azəri xalqına hörmətləyanaşması və bu bərpası mümkün olmayan sınıqlığın, təəssüf ki, öncədən də yol verilmiş belə hərəkətlərin təkrarlanmaması üçün uyğun tədbirlərin görülməsibarəsindəgöstəriş verəsiniz.

Seyid Həsən Amili

Televiziya kanalında azəri dilli əhaliyə qarşı təhqirə yol verilməsinin ardınca Dövlət Televiziya və Radio Şirkətinin rəhbəri Azərbaycan  xalqından rəsmi olaraq üzr istədi və bu hərəkətə yol verənləri ciddi cəzalandıracağına söz verdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button