ArxivXəbər lentiXəbərlər

İran bu il orbitə iki peyk buraxmaq niyyətindədir Böyüt

İran cari il ərzində (Hicri-Qəməri təqvimi ilə il martın 21-də başlayıb-red.) orbitə iki peyk buraxmağı planlaşdırır.

APA-nın “TASS”a istinadən verdiyi xəbər görə, bu barədə İran Kosmik Agentliyinin rəhbəri Mohsen Bəhrami bildirib.

Onun sözlərinə görə, hazırda üç kosmik aparat – “Düsti”, “Nahid” və “Atsat” orbitə buraxılması üçün tam hazır vəziyyətdədir. Onlardan ikisinin cari ilin sonunadək orbitə çıxarılması nəzərdə tutulub. Daha iki kosmik aparat – “Pars” və “Nahid-2” hazırlıq mərhələsindədir.

Bəhraminin sözlərinə görə, rəhbərlik etdiyi qurum hazırda “Mesbah” rabitə peykinin İrana qaytarılmasına dair danışıqlar aparır. Qeyd olunan kosmik aparat italiyalı mütəxəssislərlə birgə yaradılmışdır, lakin Tehrana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsi səbəbindən İran o zaman həmin peyki ala bilməmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button