ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran Bakıda keçiriləcək Birgə Hərbi Komissiyada iştiraka hazırdır

Məlumata görə, general-mayor Məhəmməd Baqiri general-polkovnik Zakir Həsənovla telefon danışığında iki ölkənin silahlı qüvvələri arasında ötən illərdə əldə edilmiş razılaşmalara işarə edərək, qarşılıqlı əməkdaşlıq, məlumat mübadiləsi səviyyəsinin yüksək olduğunu qeyd etmiş, iki ölkənin silahlı qüvvələri arasında bütün sahələrdə qarşılıqlı əlaqənin hal-hazırda irəlilədiyini bildirmişdir.
General-mayor Baqiri əlavə edib ki, İran silahlı qüvvələrinin iki ölkə arasında sıx əlaqə və möhkəm dostluq və qardaşlıq amilinə çevrilə biləcəyinə inanır.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ümumi birgə sərhədlərdə təhlükəsizlik və əmin-amanlığın yaradılmasının yalnız qonşu dövlətlər arasında əlaqələrin sıx və daha yaxın olduğu surətdə mümükün olacağını və bölgəyə yad olanların varlığının yalnız gərginlik və qarşıdurmalara səbəb olacağını bəyan edib.
Bu telefon danışığında Azərbaycan Respublikasının müdafiə naziri ölkənin silahlı qüvvələrinin ikitərəfli hərbi və müdafiə sahəsində əməkdaşlığın səviyyəsinin yüksəldilməsi ilə bağlı tam hazır olduğunu bəyan edərək bildirib ki, Azərbaycan Respublikası həmişə İslam Respublikası ilə İranın dost və yaxın ölkə kimi bütün sahələrdə hərbi əməkdaşlığı alqışlayır.
General Zakir Həsənov həmçinin Azərbaycan Respublikasının yaxın gələcəkdə Bakıda Bigə Hərbi Komissiyada İran nümayəndə heyəti üçün yaxşı ev sahibi olacağına ümid etdiyini bidirib.
Bu telefon danışığında general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Baqirini Azərbaycan Respublikasına səfərə dəvət edib.
Xatırladaq ki, İran və Azərbaycan Respublikası arasında münasibətlər 28 noyabr 2021-ci ildə Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti çərçivəsində iki ölkə prezidentlərinin görüşündən sonra qarşılıqlı əlaqələrin yeni mərhələsinə başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button