ArxivXəbər lentiXəbərlər

İran Azərbaycana ixracı kəskin artırıb Böyüt

Cari ilin I yarısında İran Azərbaycana ixracı 126% artırıb. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın sənət, mədən, ticarət nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının baş direktoru Müctəba Xosrovtac deyib.

Hesabat dövründə İrandan Azərbaycana 300 milyon dollar həcmində mal ixrac olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 126% çoxdur. Sevindirici haldır ki, iki il dalbadal ticarət dövriyyəsi artır. Neftin ucuzlaşması səbəbindən Azərbaycan öz iqtisadiyyatını şaxələndirir. Azərbaycan şirkətləri yeni bazarlar axtarışındadırlar. Neftin qiymətinin enməsi ticarətin yeni sahələrinə marağı artırıb. İran şirkətləri Azərbaycanda kənd təsərrüfatı və sənaye sahələrində fəaldırlar. Bununla yanaşı, digər İran şirkətləri də Azərbaycanda bu iki sahəyə sərmayə yatırmaqda maraqlıdırlar. Əlavə olaraq, turizm sahəsində əməkdaşlıq da bizim şirkətlərin marağındadır”, – deyə o bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button