ArxivFilm​IslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran-Azərbaycan Respublikası əlaqələri iki xalqın dərin bağlarına əsaslanır

İran-Azərbaycan Respublikası əlaqələrini siyasi və qonşuluq əlaqələrindən daha geniş adlandıran İran prezidenti bildiribdir ki, bu əlaqələr iki xalqın dərin və qırılmaz bağlarına söykənir. O, vurğulayıb ki, iki ölkə rəsmilərinin iradəsi qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinə köklənib.
EKO iqtisadi əməkdaşlıq təşkilatının Özbəkistanın Daşkənd şəhərində keçirilən on altıncı sammitinin kənarında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
Görüşdə iki ölkə əlaqələrinin genişlənməkdə olmasını alqışlayan və İran İslam Respublikasının Qarabağ da daxil olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünü himayə etdiyini bildirən İran prezidenti İranın sözügedən bölgənin bərpasında iştiraka, həmçinin texniki-mühəndislik xidmətləri ixrac etməyə hazır olduğunu elan edib.
İki ölkənin region problemlərinin aradan qaldırılması üzrə razılaşmasından məmnunluq ifadə edən İran prezidenti İran İslam Respublikasının/ Azərbaycan Respublikasının Naxçıvana qovuşması istiqamətində Ağbənd istiqamətinin tez bir zamanda təkmilləşdirilməsinə əzmkar olduğunu bildirib.
Düşmənlərin istəklərinə rəğmən, İran İslam Respublikası-Azərbaycan Respublikası əlaqələri genişlənməkdədir və iki ölkə bədxahlarının fitnələri uğursuzluğa düçar olubdur- deyə, İran prezidenti vurğulayıb.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev də qarşılıqlı əlaqələri canlandırmaq və möhkəmləndirmək sahəsində iki ölkənin dövlət başçılarının iradəsini son dərəcə önəmli adlandırıb. Doktor Rəisinin Azərbaycan dövlətinin bu ölkənin ərazi bütövlüyü üzərində suverenliyi barədəki mövqeyini alqışlayan İlham Əliyev İran və Azərbaycanın regional əməkdaşlıqları və anlaşmalarını iki ölkə və iki xalqın maraqları istiqamətində olduqca faydalı adlandırıb.
Əliyev İran və Azərbaycan arasında diplomatik heyətlər mübadiləsinin əlaqələrin daha da artması və Tehran-Bakı münasibətləri və anlaşmalarının gücləndirilməsinə səbəb olacağını bildirib. Qeyd edib ki, bəzi əcnəbi ölkələrin iki ölkə əlaqələrində pozuntu yaratmaq üzrə səyləri nəticə verməyib və bundan sonra da nəticə verməyəcəkdir.
Görüşdə İran və Azərbaycan prezidentləri tranzit və enerji həmkarlıqlarının gücləndirilməsi və bu sektorlarda anlaşmaların artırılmasına təkid ediblər.
Rəisi və Əliyev həmçinin region təhlükəsizliyinin təmin edilməsinin yalnız regiondaxili əməkdaşlıqlar yolu ilə mümkün olduğunu bildirib, Qərbin hər hansı müdaxiləsini region ölkələrinin zərərinə hesab ediblər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button