ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran: Almaniya “inan hüquqları müdafiəçisi” kimi başqa ölkələrin daxili işlərinə qarışır

İran XİN sözçüsü Almaniyanın İran əleyhinə yeni iddialarına cavab olaraq onların insan hüquqları müdafiəsi iddiası ilə digər ölkələrin xarici işlərinə qarışmamasını tövsiyə edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani Almaniyanın BMT insan haqları şurası iclasında İran əleyhinə gündəmə gətirdiyi iddialarına reaksiyasında deyib: Bu ölkə insan haqları bəhanəsilə beynəlxalq hüquq pozucusu sionist rejimin Qəzzə cinayətlərinə dəstəyini ört-basdır etmək cəhdlərinə görə başqa ölkələri ittihamlandırır və onların daxili işlərinə müdaxilə edir.

Kənani əlavə edib: Bəzi Qərb ölkələrinin insan hüquqları pozucularına dəstək olduğu, İran-İraq müharibəsində Səddam rejimini kimyəvi silahla təmin etdiyi, sionist rejimə tam mənasında himayədar durduğu halda “insan hüquqları”ndan dəm vurması doğrudan da bir məzhəkədir.

Kənaninin sözlərinə görə Almaniya rəsmiləri insan hüquqları bəhanəsi ilə işğalçı rejimlərə silah satmaqla öz silah ticarətlərini daha da genişləndirmək məqsədini güdürlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button