ArxivXəbər lentiXəbərlər

İran ABŞ hərbçilərinin onların su sərhədlərinə yaxınlaşmasına imkan verməyəcək

İran ordusunun komandanının müavini kontr-admiral Həbibullah Səyyari heç bir ABŞ gəmisinin İranın su sərhədlərinə yaxınlaşmasına imkan verməyəcəklərini bəyan edib.
Həbibullah Səyyari ABŞ-ın “John C Stennis” təyyarə daşıyan gəmisinin Fars körfəzinə gətirilməsinin regionda strateji balansa təsir etməyəcəyinə əminliyini ifadə edib.
 “Onlar heç nə etməyə qadir deyillər, biz tam döyüş hazırlığındayıq və həqiqqətdə hiylədən başqa bir şey olmayana cavab verməyə hazırıq”, – deyə H.Səyyari bildirib.
Eastnews.org-un verdiyi xəbərə görə, H. Səyyari ABŞ-ın hərbi əməliyyatlara başlamasına cəsarətinin olmadığını qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Fars körfəzində keçirilən “Böyük Peyğəmbər-12” hərbi təlimlərində İran hərbçiləri ABŞ təyyarə daşıyan gəmisi yaxınlığına bir neçə raket atmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button