ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İrail prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir

İsrail prezidenti İshaq Hersoq martın 9-10-da Türkiyəyə səfər edəcəyini açıqlayıb

İsrail prezidenti İshaq Hersoq martın 9-10-da Türkiyəyə səfər edəcəyini açıqlayıb. İsrail Rəyasət Heyətindən verilən açıqlamaya görə, Hersoq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyat yoldaşı Mişel Hersoqla Ankaraya rəsmi səfər edəcək. Beştepədəki Prezident Külliyəsində dövlət mərasimi ilə qarşılanacaq Hersoq prezident Ərdoğanla görüşəcək. İsrail Baş Nazirlik və Xarici İşlər Nazirliyi ofislərinin koordinasiyası ilə təşkil ediləcəyi bildirilən səfər zamanı iki lider müxtəlif ikitərəfli məsələləri, o cümlədən İsrail-Türkiyə münasibətlərini, iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi potensialını müzakirə edəcəklər.

İsrail Rəyasət Heyətinin açıqlamasında prezident Ərdoğanın vəzifəyə başlayarkən Herzoqa zəng edərək seçilməsi münasibətilə təbrik etdiyinə də diqqət çəkib. Sözügedən görüşün son illərdə davam edən əlaqənin kəsilməsindən sonra İsrail və Türkiyə arasında dialoqun bərpasına səbəb olan görüş olduğu qeyd edilib.

Xatırladaq ki, İsrail prezidenti İshaq Hersoq 2008-ci ildən bəri Türkiyəyə səfər edən ilk İsrail lideri olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button