ArxivXəbər lentiXəbərlər

İrəvandan geri addım – işğalçı ölkə Moskva görüşündə iştirak qərarı verdi

28 apreldə Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbəndyan arasındakı görüş Rusiya XİN-in rəhbəri Sergey Lavrovun dəvəti əsasında reallaşacaq. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları müzakirə olunacaq.

Qeyd edək ki, bir neçə saat əvvəl erməni tərəfin 27 apreldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdən imtina etməsi barədə xəbər yayılmışdı. Azərbaycan XİN rəhbərinin isə Rusiyaya gedəcəyi bildirilirdi. Görünür, İrəvan Moskvanın təşəbbüsü ilə planlaşdırılan görüşdən imtinanın baha başa gələcəyini anladığı üçün bir gün sonra təşkil olunacaq danışıqlara qatılmağa qərar verib.

Musavat.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button