ArxivXəbər lentiXəbərlər

İrəvanda yenidən etiraz aksiyaları başladı/foto

FaktXəbər-in verdiyi məlumata görə, başda sədrləri David Sanasaryan olmaqla «Qalx, Ermənistan» hərəkatının 3 fəalı 3 saatlıq cəhddən sonra polis zəncirini qıraraq  İrəvanın mərkəzindəki  Respublika meydanında ovalda əyləşə biliblər. Polislər onların əl-ayaqlarından tutaraq  cəld oradan çıxarıblar. Hazırda meydanda onlarla fəal və sıravi vətəndaş əyləşib, Hərəkatın  üzvləri  məhz ovalda 72 saatlıq oturaq aksiya elan ediblər.

 Polis rəisinin  müavini vətəndaşları itaətsizliyə əl atmamaq, onun tövsiyəsinə qulaq asmaq  və fəvvarələr meydanında nümayiş keçirməyə çağırmışdı.

 Qeyd edək ki, bu gün  Vanadzor şəhərində fəalların regionlar üzrə nümayişi başlayıb. Nümayişçilər Gümrü, Talin və Aştarakda aksiya keçirərək paytaxta qayıdacaqlar. İlk etiraz dalğasını başladan «Talana son» hərəkatı  nümayişə qoşulmaqdan imtina edib.

 Xatırladaq ki, «Qalx, Ermənistan» təşəbbüskarları elektrik tariflərinin bahalanmasının tam ləğv olunmayacağı təqdirdə, dünəndən  bir sıra etiraz aksiyalarına start verəcxəklərini bildirmişdilər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button