ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İrəvanda tibb işçiləri kütləvi tətil elan edib

İrəvanda təcili tibbi yardım əməkdaşları etiraz aksiyası keçirir.

Qafqaz.ir “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tibb işçiləri əməkhaqqlarının az olmasından şikayət edərək tətil elan ediblər.

Sürücülərdən biri Serjik Qasparyanın sözlərinə görə, son aylar zənglərin sayı iki dəfə artsa da, maaş əvvəlki kimi qalıb. O qeyd edib ki, qaydalara əsasən, sutkada 17 çağırışa getməli olsalar da, hazırda çağırışların sayı 30-u ötüb. O bildirib ki, işin çoxluğu səbəbindən nə nahar etməyə, nə də istirahət etməyə vaxt kifayət etmir.

Aksiya iştirakçıları bildiriblər ki, rəsmi şəxslər onlarla görüşməyənə qədər işləməyəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button