ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İnqilab Rəhbərinin iştirakı ilə əzadarlıq mərasiminin 2-ci gecəsi

Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə)-ın əzadarlıq mərasiminin ikinci gecəsi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirilib.

Qafqaz.ir-nin məlumatına əsasən, Bu mərasimdə höccətülislam vəlmüslimin Seddiqi öz söhbətində dini hökumətin mühüm məsuliyyətlərindən birini, təbəqələrarası fərqlərlə mübarizə və məzlumun haqqının zalımdan alınması adlandırıb.

Allah-Taalanın,/ bu vəzifəni yerinə yetirmələri üçün din alimlərindən əhd aldığını bəyan edən natiq belə söyləyib: Sekulyarizm və insanın Allahla əlaqəsini fərdi münasibətlərlə məhdudlaşdırmaq, bu ilahi əhdin və bu mühüm ictimai məsuliyyətin yerinə yetirilməsinin əks nöqtəsində durur.

Həmçinin bu mərasimdə cənab Səid Həddadiyan mərsiyə və rozə oxuyubdur.

Dünya şiələrinin üçüncü imamı Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə)-ın şəhadəti günlərinin əzadarlıq mərasimi 1443-cü hicri qəməri ili məhərrəm ayının yeddinci gecəsindən on ikinci gecəsinədək- altı gecə, Tehrandakı İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçiriləcək.

Dünya şiələrinin üçüncü imamı və onun vəfalı köməkçiləri 61-ci hicri qəməri ili məhərrəm ayının onunda Kərbəlada şəhid ediliblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button