ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İnqilab Rəhbəri 29 bəhmən qiyamının ildönümü günündə çıxış edəcəklər

İslam İnqilabının Böyük Rəhbəri Təbriz əhalisinin müstəbid şah rejiimnə qarşı 1356-cı günəş ili 29 bəhmən qiyamının ildönümü günü münasibətilə Şərqi Azərbaycan vilayətinin əhalisi ilə videoformatda söhbət edəcəklər.
Qafqaz.ir xəbər verir ki, Həzrət Ayətullahuluzma Xameneinin çıxışı çərşənbə günü Tehran vaxtı ilə saat on-otuz dəqiqədə canlı şəkildə İran İslam Respublikasının televiziya və radio kanalları, «İran-Press» informasiya agentliyi, KHAMENEI.IR informasiya saytı və bu saytın sosial şəbəkələrdəki hesablarından yayılacaq.

Hər il Təbriz əhalisinin qiyamının ildönümü günü münasibətilə Şərqi Azərbaycan vilayəti əhalisinin müxtəlif təbəqələrindən olan minlərlə nəfər İmam Xomeyni(r.ə.) adına hüseyniyyəyə gələrək, İslam İnqilabının Böyük Rəhbəri ilə görüşürdü ki, koronavirusla mübarizə üzrə səhiyyə protokollarına riayətə görə, bu il bu görüş Təbriz müsəllasına toplaşacaq əhali ilə videoformat vasitəsilə həyata keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button