ArxivXəbər lentiXəbərlər

Konyanın mərkəz Məram ilçəsində İŞİD terror təşkilatına qarşı əməliyyatda 5 terrorçu zərərsizləşdirilib.

qafqaz.ir İslamazeriya istinadən xəbər verir ki, alınan məlumata görə, İŞİD terror təşkilatına qarşı əməliyyat aparan polis dəstələri şəhər mərkəzində müəyyən olunan ünvana basqın təşkil etdi.

Əməliyyatda, Məram ilçəsi Dörttokka prospektindəki bir evdə polis dəstələri ilə terrorçular arasında qarşıdurma baş verib.

Əlavə birliklər göndərilən bölgədəki əməliyyatda 5 terrorçu zərərsizləşdirilib. Qarşıdurmada, 4 polis məmuru yüngül şəkildə yaralanıb.

Konya Valiliyindən edilən yazılı açıqlamada, mərkəz Məram ilçəsi Dutlukır mövqeyində yerləşən hərbi hissələrin şəxsi heyət xidmət və xüsusi avtomobillərinin marşrutundakı yaşayış və iş yerlərinə qarşı önləyici təhlükəsizlik tədbirləri çərçivəsində işlər görüldüyü qeyd olunub.

Bu işlərdə Dörttokka prospektindəki özəl bir binanı icarəyə götürən A.Y. adlı bir nəfərin İŞİD silahlı terror təşkilatı üzvü olmaq cinayətindən hüquq-mühafizə orqanları tərəfindən axtarıldığını müəyyən edildiyi ifadə edilən açıqlamada, haqqında nəzarət qərarı olan A.Y-nin tutulması məqsədilə səhər saatlarında bildirilən ünvana əməliyyat keçirildiyi bildirilib.

Bəyanatda bunlar qeyd edilib:
“Əməliyyat həyata keçirilən binada edilən ilk axtarışda, 5 ədəd kalaşnikov, 1 ədəd tapança, bu silahlara aid çox sayda sursat ələ keçirilmiş olub, ələ keçirilən şəxslərin kimliklərinin təsbitinə yönəlmiş işlərə davam etdirilir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button