ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İnqilab liderinin Amerikalı tələbələrə məktubu dünya mediasının diqqət mərkəzində

 “Şəfəq News” xəbər saytı Ayətullah Əli Xameneinin “Qəzzənin uşaq və qadınlarını müdafiə etmək üçün” meydanlara çıxan gənclərə və Amerika universitetlərinin tələbələrinə mesaj göndərdiyini yazıb.
Ali Rəhbərin ABŞ-dakı tələbələrə mesajını “Rai Alyovm” internet qəzeti İranın ali dini lideri Seyid Əli Xamenei Amerika universitetlərinin tələbələrinə mesajında “siz indi tarixin doğru tərəfindəsiniz. Fələstin müsəlmanlar, xristianlar və yəhudilərdən ibarət xalqa və uzun tarixə malik müstəqil bir ölkədir”manşetli başlıq dərc edib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson Ali Rəhbərin amerikalı tələbələrə müraciətinin mətnini dərc edərək yazıb: “Əgər Ayətullahı razı saldınızsa, demək Amerikanı itirdiniz”
Amerikalı siyasi fəal: “İmam Xameneinin məktubu Amerikadakı Fələstin tərəfdarı tələbələrlə heyrətamiz bir həmrəylik bəyannaməsidir”
Amerikalı siyasi fəal “Fergie Chambers” Ali Rəhbərin Amerika universitetlərində Fələstin xalqını dəstəkləyən tələbələrə ünvanladığı məktubuna cavab olaraq
“İmam Xamenei Amerikadakı tələbələrlə həmrəylik ifadə etmək üçün heyrətamiz bir məktub yazdı və o məktubu ən gözəl sözlə bitirdi: “Mən sizə Quranla üns tapmanızı tövsiyə edirəm”
Ali Rəhbərin Amerikadakı Fələstin tərəfdarı tələbələrə mesajını “Əl-Ərəbi “xəbər portalı İran lideri Amerikada Fələstin tərəfdarı tələbələrə müraciət edib. “Siz indi müqavimət cəbhəsinin bir hissəsini təşkil etmiş və qəsbkar, amansız sionist rejimi açıq şəkildə müdafiə edən dövlətinizin qəddar təzyiqləri altında şərəfli mübarizəyə qalxmısınız”-xəbər portalı yayımlayıb.
Əl-Ərəbi Şəbəkəsinin ofisinin meneceri Hazim Klass “X” hesabında yazıb:
İran lideri Amerikada Fələstin xalqını dəstəkləyən tələbələrə ünvanladığı mesajda bildirib ki, siz indi vərəqi çevirilən tarixin doğru tərəfindəsiniz…”
Ali Rəhbərin ABŞ-da Fələstini dəstəkləyən gənclərə mesajı Əl-Nəşrənin saytında əks olunub
 “İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Əli Xamenei Amerika universitetlərinin gəncləri və tələbələrinə müraciətində vurğulayıb ki, “oyanmış vicdanı Qəzzənin məzlum uşaq və qadınlarını müdafiə etməyə sövq edən gənclərə yazıram”-sayt yazıb.
 Ali Rəhbərin Amerikada Fələstinə dəstək verən tələbələrə ünvanladığı mesaj “Əl-Məyadin”-in sosial şəbəkələrdəki hesabında da paylaşılıb:
Şəbəkənin “X” hesabında İran İslam İnqilabının Ali Rəhbəri Seyid Əli Xamenei Amerika universitetlərinin tələbələrinə ünvanladığı mesajda onların ilhambəxş olduğunu və bütün dünya qəsbkar İsrail rejiminə qarşı durmasına çağırıb.
İnqilab Liderin müraciəti aktiv Yəmənli sosial şəbəkə istifadəçiləri də paylaşıb.
Yəmənli fəal Zəkəriyyə Əhməd Əl-Talibi “X” hesabında “Ayətullah Əli Xamenei ABŞ-da Fələstinə dəstək nümayişi keçirən gənclərə mesaj göndərib. İran lideri Qəzzanın uşaq və qadınlarını müdafiə etmək üçün meydana çıxan gənclərə və Amerika universitetlərinin tələbələrinə mesaj göndərib.
Rusiyanın “El-Yovm” şəbəkəsinin saytında Ali Rəhbərin məktubun paylaşılaraq “İranın ali dini lideri (Ayətullah) Əli Xamenei Qəzzəli uşaq və qadınların müdafiəsi üçün meydanlara çıxan gənclər və Amerika universitetlərinin tələbələrinə mesaj göndərib”-manşetli başlıq yazıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button