AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İnna lillah və inna iləyhi raciun
İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi Şərqi Azərbaycan Vilayətinin Vərzəqan bölgəsində baş verən helikopter qəzası nəticəsində şəhid olaraq yüksək mələkuta qovuşub.
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisini müşayiət edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayəti üzrə vəliyyi fəqihin nümayəndəsi və Təbrizin imamcüməsi Seyid Məhəmmədəli Ali-Haşim və Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də bu qəza nəticəsində şəhid olublar. Helikopterin pilotu eləcə də prezidentin mühafizəçisi də bu hadisədə şəhadətə nail olublar.