AktualAktualArxivSosialXəbər lentiXəbərlər

İngilis jurnalistin təhrikamiz və nifaq xarakterli tövsiyəsi: Bakı işğal edilmiş Fələstin ərazilərində səfirlik açmalıdır

İngiltərəli jurnalist Azərbaycan hökumətinə tövsiyə edib ki, işğal edilmiş Fələstin ərazilərində səfirlik açsın.

Qafqaz Həqiqətləri xəbər verir ki, İran yük maşınlarının işğal edilmiş Qarabağa getməsi ilə bağlı yalan iddianı bəhanə edərək İran əleyhinə yaradılan psixoloji müharibənin ardınca Bakının bəzi KİV-ləri ingiltərəli jurnalist Herold Keynin qərəzli məqaləsini yaydılar. Məqalədə Azərbaycan Respublikası hökumətinə sionist rejimdə səfirlik açmaq çağırışı yer almışdır.

Azərbaycan Respublikası saytlarında dərc olunmuş ingilis jurnalistin təhrikedici və nifaq xarakterli yazısında gülünc və əsassız iddia olunaraq deyilir ki, İran Fars Körfəzində Amerika ilə üz-üzə gəlmək gücündə olmadığı üçün Qarabağda caynaqlarını işə salıb.

İngliltərəli jurnalist Bakını sionist rejimə daha çox yaxınlaşmağa çağıraraq yazıb: “İndiyə qədər Azərbaycan ABŞ və “İsraillə” açıq strateji tərəfdaşlığını bir qədər tarazlaşdırıb, İranla normal mehriban qonşuluq münasibətlərini elə qoruyub saxlayıb ki, hətta müsəlman ölkələr arasında İsrailin ən yaxın müttəfiqi olmasına baxmayaraq, bu günə qədər orada diplomatik nümayəndəlik açmayıb.”

Bakı KİV-lərində dərc edilmiş məqalədə tövsiyə olunur ki, Bakı yaxın günlərdə “İsraildə” səfirlik açmalı, qarşılıqlı hərbi kəşfiyyat tərəfdaşlığı və əməkdaşlığın artırmalıdır.

İngiltərəli jurnalist əlavə edib: “Dünya pis aktyorlara mənfəət əldə etmək imkanı verdiyi düşünülən koronavirusdan müdafiə ilə məşğuldur.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button