ArxivXəbər lentiXəbərlər

İnflyasiya göstəricisi illərlə saxtalaşdırılır

Qubad İbadoğlu: “Bu gün iş yerlərinin açılması statistikası verilir, amma iş yerlərinin bağlanması barədə susurlar”.

Prezident İlham Əliyevin iyulun 10-da Nazirlər Kabinetinin müşavirəsində səsləndirdiyi bir sıra rəqəmlər maraq doğurdu. İlham Əliyevin müşavirədəki çıxışında diqqətə çatdırdığı rəqəmlərin şərhi üçün suallarımızı müstəqil iqtisadçı Qubad İbadoğluna ünvanladıq.

– Qubad bəy, dövlət başçısı kənd təsərrüfatında 6 faiz, əhalinin pul gəlirlərində 4,7 artım olduğunu, inflyasiyanın isə yanvardan bəri 1,6 faiz təşkil etdiyini bildirib. Bu barədə nə deyə bilərsiniz?

– Əvvəla, tikinti sektorundakı rəqəmlə razılaşıram, bu, 2014-cü ildə idman infrastrukturuna qoyulan dövlət investisiyaları ilə bağlıdır. Ölkədə yeni meydançalar, idman oyunları üçün müxtəlif infrastrukturlar yaradılır, bunun üçün dövlət büdcəsindən ayırmalar hesabına tikinti işləri sürətləndirilir. Bilirsiniz ki, 2015-ci ildə Azərbaycanda ilk Olimpiya Oyunları keçiriləcək, bu oyunların tələbinə uyğun olaraq infrastruktur yaradılmalıdır. Əhalinin gəlirlərinin artırılması isə nominal artımı ifadə edər, real artımı yox. İkinci, əhalinin gəlirləri o şəxslərə şamil olur ki, işləyirlər, müxtəlif mənbələrdən müavinət və ödəniş alırlar. Amma bu, işləməyənlərin vəziyyətini xarakterizə etmir. İnflyasiya göstəricisi isə illərlə saxtalaşdırılır, bizim alternativ yolla apardığımız hesablamalar göstərir ki, ölkədə inflyasiyanın səviyyəsi Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan daha yüksəkdir. Bu yaxınlarda beynəlxalq metodologiya əsasında qiymətləndirilmiş “Dünyanın ən bahalı şəhərləri” siyahısında Bakı ilk 50 şəhər sırasında yerini tapıb. Fakt Azərbaycanda qiymətlərin artmasının, ölkədə yaşayışın çətinliyinin nəticəsi və göstəricisidir.

– BəÜmumi Daxili Məhsulun (ÜDM), neft sektorunun xüsusu çəkisinin artması, xüsusəölkəistisadiyyatıdan 2,1 faiz artım barədə fikirləri necə şərh edərdiniz?

– ÜDM-də indiki statistik məlumatlarla araşdırma aparsaq təbii ki, artım müşahidə olunacaq. Çünki ÜDM-də tikinti, xidmət sektoru artımları hesabına müəyyən irəliləyiş var. Ancaq Azərbaycanda idxal dövriyyəsi var, biz “güzgü metodologiyası” əsasında bunu aşkara çıxarda bilirik və idxal bütövlükdə ÜDM-in azalmasına gətirən amildir. Onu nəzərə alsaq və idxalı da olduğu kimi qeydiyyata salsalar, bu, ÜDM-a artırıcı deyil, azaldıcı təsir göstərir. Başqa bir istiqamətdə isə qeyri-sənaye sektoru qeyri-neft sektorunun inkişaf səviyyəsindən xeyli aşağıdır. Düzdür, xidmət sektoru, nəqliyyat, rabitə və tikintidə artım var. Sonuncuların hesabına ÜDM artımı şərtlənib. Çox təəssüflər ki, bu il “Sənaye ili” elan olunsa da, sənaye istehsalı azalıb.

– Dövlət başçısı orta əməkhaqqının 440 manat və ya 560 dollara qədər artdığını deyib, bu məbləğləAzərbaycan vətəndaşı normal dolana bilərmi?

– Təbii ki, əlavə gəlirlərə və ödənişlərə malik olmasa, mümkün deyil. Çünki bu rəqəm işləyən əhalinin böyük hissəsində bir ailənin xərclərini ödəyir. Nəzərə alsaq ki, ailədə adambaşına yaşayış minimumun dəyəri 150-200 manat əsasında dəyişir və Azərbaycanda orta aylıq göstərici 4,5 nəfərdir. Bu, o deməkdir ki, orta yox, hətta minimum əməkhaqqı səviyyəsi ilə ailə başçısı bir ailəni dolandırmaq məcburiyyətindədirsə, o halda minimal olaraq ailənin təminatı üçün 600 manatdan az vəsait tələb olunmur. Hesab edirəm ki, orta aylıq əməkhaqqı göstəricisi yaşayış səviyyəsini xarakterizə etmək üçün də əsas göstərici sayıla bilməz. Orta aylıq əməkhaqqı artımdan sonra da bu gün yaşayış üçün lazım olan xərcləri ödəmək iqtidarına malik deyil. Biz Azərbaycanı Qazaxıstanla, Belarusla, Rusiyayla müqayisə etsək, orta aylıq səviyyəsinin aşağı olduğunu görəcəyik.  Baxmayaraq ki, adını xatırlatdığım ölkələrdə qiymətlərin ümumi səviyyəsi daha aşağıdır.

– Siz ilin 6 ayında 65 min iş yerinin açılması barədə deyilənləri inandırıcı sayırsınızmı?

– Dəfələrlə bu məsələyə münasibət bildirmişik, təəssüflər ki, bu gün iş yerlərinin açılması statistikası verilir, amma iş yerlərinin bağlanması barədə susurlar. Ən azı təhsil müəssisələrinin bir qisminin qapanması, əlverişli biznes mühitinin olmaması, sahibkarların işçilərini ixtisar etməsi, hətta vətəndaş cəmiyyətindəki təşkilatların fəaliyyətinin dayandırılması ilə işçilərin azalması da son nəticədə iş yerlərinin bağlanmasına gətirib çıxarıb. Açılan iş yerlərinin əksəriyyəti müvəqqətidir, baxmayaraq ki, hökumət bunun əksini deyir. Problem ondadır ki, biz açılan iş yerlərinin effektini nə büdcədə görürük, nə də pensiya fonduna daxil olmalarda. Büdcədə vətəndaşların gəlir vergisi ildən-ilə azalır. Axı iş yerləri açılırsa, əməkhaqqı hesablanırsa, bilirsiniz ki, həm büdcəyə, həm də pensiya fonduna ayırmalar daxil olur. Amma biz daxil olmaların azalmasını müşahidə edirik. Bu isə iş yerlərinin ya müvəqqəti olduğunu, ya da saxtalaşdırıldığını, şişirdildiyini təsdiq edir.

– Siz bir müddəəvvəl “güzgü metodologiyası” yönündə araşdırmalar aparırdınız və ortaya qoyduğunuz rəqəmlər ajiotaj doğurdu. Hazırda yeni araşdırmalar varmı?

– Belə məlumat var və yaxın zamanlarda bu barədə fikirlərimi bölüşəcəyəm. Təəssüf ki, yeni məlumatlar əvvəlki vəziyyətin daha da pisləşdiyini təsdiqləyir.

meydan.tv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button