ArxivIslamXəbər lentiXəbərlər

İmam Rza (ə) hərəminin məsulu İsrail əleyhinə açıqlama yaydı

İmam Rza (ə) hərəminin məsulu İsrailin məhvindən söz açıb.

İslamazeri.com-un “Tasnimnews”-a istinadən verdiyi xəbərə əsasən, Ayətullah Seyid İbrahim Rəisi dünyada təsir gücünə sahib olan yeganə qüvvənin İlahi qüvvə olduğunu deyərək bildirib: “Aləmdə Allahın gücündən başqa təsir qüvvəsinə sahib olan bir şey yoxdur. İmam Xomeyni (r) və Ayətullah Xamenei bu qüdrətin bayrağını aləmdə ucaldandır. Əgər Seyid Həsən Nəsrullah zahirdə dünyanın ən güclü ordusuna sahib olan bir qüvvəni hörümçək torundan daha zəif adlandırırsa, islam mədəniyyəti və islam inqilabının təlimlərinə əsasəndir. İsraili dəmir qübbə də “Hizbullah” cavanlarından qoruya bilməyəcək. Bu gün üstünlük müqavimət dəstələrinə məxsusdur və imperialist qüvvələr bütün güclərinə baxmayaraq bu güc önündə zəifdirlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button