ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“İmam Mehdi” kimi təqdim olunan şəxsə hökm oxundu

Aqil Babayevin əmlakları da müsadirə edildi

Özünü “zühur etmiş 12-ci İmam Mehdi” kimi təqdim edərək, zəkat, yardım adı altında illərlə adamlardan pullar toplayıb dələduzluq etməkdə ittiham olunan iş adamı Aqil Babayevin 1 il 3 ay davam edən məhkəməsi yekunlaşıb. Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Aqil Babayev 12 il 6 ay azadlıqdan məhrum edilib.
Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası eyni zamanda Aqil Babayevin həbsindən sonra onun yaxınlarının adına olan, üzərinə həbs qoyulmuş əmlakların müsadirəsinə də qərar verib. Söhbət Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən mənzil, qeyri-yaşayış sahəsi, “Hyundai”-“Santa Fe” markalı avtomobildən gedir.
Hökmə əsasən, dələduzluq ittihamı üzrə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib. Lakin avtoqəza ilə əlaqədar Qaradağ Rayon Məhkəməsinin hökmüylə onun haqqında bundan əvvəl çıxarılmış hökm olub. Həmin hökm üzrə onun üzərində ödənilməmiş 7 ay 20 günlük şərti cəza qalıbmış. Ödənilmədiyinə görə şərti cəza ləğv edilib və azadlıqdan məhrumetmə ilə əvəzlənib. Bu cinayət işi üzrə təyin edilmiş 12 illik həbslə birləşdirilərək, ona ümumilikdə 12 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Aqil Babayev son sözündə bildirib ki, özünü təqsirli bilmir, “İmam Mehdi” adıyla adamları aldadıb, onlardan zəkat, yardım pullarını toplayıb mənimsəməsi haqda ittihamlar yalandır.
Ona pul verdiyini iddia edən zərərçəkmiş qismində tanınan şəxslər isə məhkəmədən ona ağır cəza verilməsini tələb ediblər.
Təxminən yarım saatlıq müşavirədən sonra hakimlər hökmü elan edib.
Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Lakin o, ittihamı qəbul etmir. Aqil Babayev bildirib ki, “Shaurma N1” restoranlar şəbəkəsinin şəriklərindən biri olub və oradakı payını, pullarını ələ keçirmək üçün absurd ittihamla həbs olunub.
Onun sözlərinə görə, 2021-ci il iyulun 8-də bağ evində bir qrup şəxs tərəfindən döyülüb, əl-qolunu bağlayıb, ondan pullarını və payını tələb ediblər. Daha sonra həmin şəxslər Əhmədli qəsəbəsində yerləşən evə gələrək, oradan təxminən 9 milyon manata yaxın pul və 2 milyon dəyəri olan qızıl külçələri götürüb aparıblar. Ertəsi gün Aqil Babayev baş verənlərlə əlaqədar polisə şikayət edib:
“Mənim şikayətimi araşdırmaq əvəzinə özüm haqqında absurd cinayət işi başladılar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button