ArxivIslammədəniyyatSONXƏBƏRLƏRTarixXəbər lentiXəbərlər

İmam Məhəmməd Baqir(ə)-ın mövlud günü mübarək!

Bu gün, rəcəb ayının biri, dünya şiələrinin 5-ci imamı- İmam Məhəmməd Baqir(ə)-ın səadətli mövlud günüdür.

İmam Məhəmməd Baqir(ə) hicrətin 57-ci ili, rəcəb ayının birində Mədinə şəhərində dünyaya göz açıb. İmam Məhəmməd Baqir(ə)-ın əzəməti dillər əzbəri idi.
İmam Məhəmməd Baqir(ə)-ın konyəsi- Əbu Cəfər, ən məşhur ləqəbi isə, elmləri açıqlayan mənasını verən Baqirululum olubdur. Zira o həzrət(ə) bilik və maarifin yayılmasında öz dövrünün özünəməxsus şəxsiyyəti və bilicisi idi.

İmam Məhəmməd Baqir(ə)-ın elmi dərəcəsi hər yerə yayılmışdı və bütün tarixçilər, o sıradan müsəlman və qeyri-müsəlmanlar onun biliklərinin şərhində o həzrət(ə)-ın elmi dərəcəsinə heç bir istisna olmadan işarə ediblər.

İmam Məhəmməd Baqir ə)-ın səadətli mövlud gününün ildönümündə bütün İslami İran, o sıradan Qum və Məşhəd şəhərləri şadlıq içindədirlər. Mövludxanlıq mərasimləri səhiyyə protokollarına riayət edilməklə keçirilir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı İmam Məhəmməd Baqir(ə)-ın mövlud gününün ildönümü münasibətilə bütün dünya müsəlmanları və azadlıqsevərlərini təbrik edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button