Şeir

İmam Hüseynin (ə) Əli Əkbərə zaban halı

Quru yerdə nəqşeyi-qamətin, eyləyib qiyamət, oğul Əli,
Evimi yıxıb, belimi büküb, belə sərvi-qamət, oğul Əli!
Yetişibdi fərqinə bir yara, bürüyüb camalını tazə qan,
Dirilikdən əl yumuşam Əli, başınə bu yarə dəyən zaman,
Məni öldürür sənin ölməyin, nə lüzumu öldürə kufiyan,
Bu başındakı yara mərgimə çox edər kifayət, oğul Əli!
Edələr şikaf bu sinəmi, o qədər ki, qəlb ola aşikar,
Ürəyimdə onda baxan görər, başımın yarasının əksi var,
Gələ başa hər nə bəla, bəli onu zəbt edər deli dağidar,
Ürəyimdədir, bədənində var nə qədər cərahət, oğul Əli!
Deyirəm yatıbdı bu gözlərin hələ seyri-aləm xab edər,
Gözünün yumulmağı ya oğul, mən binəvaya cavab edər,
Belə ki, yaman günə qalmışam məni bəlkə özgə hesab edər,
Görürəm göz açmısan, eylirəm bu qədər səmacət, oğul Əli!
Bu qoşun şəmatət edir mənə başın üstə çox oturanmıram,
Gülüşürlər ağlaya bilmirəm, sevinirlər başa vuranmıram,
Qabağımda düşmənim əl çalır, hələ mən ayağa duranmıram,
Nə belimdə tabi-qiyam var, nə dizimdə taqət, oğul Əli!
Nə rəvadı mən günə oxşadam üzün ey cavan mələk siyər,
Azalar şüaü-ziyası çun, günə hər göz eyləsə çox nəzər,
Vəli bu camala baxanda mən görürəm işıqlanır bəsər,
Gözümün ziyasını artırır belə bir məlahət, oğul Əli!
Məni nimə can eyləyib qəmin, bilirsən özün də bu nöktəni,
Görsən ki, gəlmir dizlərim, necə xeyməyə aparım səni,
Dur ayağa tut əlimi, Əli, sən özün xiyamə apar məni,
Qocalıq zamanıdı eylə öz atana himayət, oğul Əli!
Ərasati-həşridə ya Hüseyn, ata oğlunu itirən zaman,
Üzü qarə Münzəviyə məgər kim hay-hudə verər cinan,
Nə ola şahzadyəi-əzəmə o, zaman məni verəsən nişan,
Deyəsən o rusiyəhə gedib-qil, özün şəfaət oğul Əli!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button