ArxivXəbər lentiXəbərlər

Norveç Türkiyənin 5 zabitinə siyasi sığınacaq verib

Norveç Türkiyənin 5 zabitinə siyasi sığınacaq verib. Bu qərarla onlar Norveçdə yaşaya və işləyə biləcəklər. Məlumata görə, Fətullahçı Terror Təşkilatının (FETÖ) ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdindən sonra NATO-da xidmət edən 4 türk zabiti və 1 hərbi attaşe sığınacaq almaq üçün Norveç hökumətinə müraciət edib. Norveçin Miqrasiya Xidməti onların müraciətinə müsbət cavab verib.

Zabitlərin və hərbi attaşenin vəkili Kjell M. Brygfjeld Norveçin sığınacaq müraciətinə müsbət cavab veridiyini təsdiqləyib.
Ailə üzvlərinin də sığınacaq almaq müraciəti qəbul olunan NATO zabitləri və attaşe Norveçdə ünvanı gizli saxlanılan yerdə yaşayacaqlar. (Report)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button